Xəbər lenti

Cahangir Hacıyevin “Bandotdel”də olması xəbəri yayıldı
Ölkə19:01 20.05.2015

Cahangir Hacıyevin “Bandotdel”də olması xəbəri yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. 
Qaynar.info xəbər verir ki, məlumatı “Azadlıq” qəzeti yayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, bu gün dövlət başçısı keçirdiyi müşavirədə banklara qaytarılmayan kreditlərin məsələsinə toxunub və iş adamlarının dövlətin vəsaitini taladığını deyib. 
Xatırladaq ki, indiyə qədər həbs olunanlar arasında məşhur iş adamları Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.
Qaynar.info