Xəbər lenti

Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO
Ölkə06:03 18.10.2016

Cahangir Hacıyevin villasını polis belə mühasirəyə aldı - VİDEO/FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevə və qohumlarına məxsus mülklərin polis mühasirəsinə alındığı haqda bir neçə gün əvvəl xəbər vermişdik. Criminal.az saytı xəbər verir ki, Azadliq.info mülklərin necə mühasirəyə alınmasının videogörüntülərini yayıb.
Hacıyevə yaxın mənbələrdən alınan xəbərdə deyilirdi ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunandan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib. Onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi polis qüvvələri mühasirəyə alıb.
Həmin görüntüləri təqdim edirik.
Qaynarinfo.Az