Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Cahit Bağcı "X” hesabında yazıb.
"Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Hər zaman səmimi və açıq yanaşma, yaxın iş birliyi və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - o bildirib.
Şərhlər