"Caliber”in "YouTube” kanalında yayımlanan növbəti süjet Azərbaycan və Pakistan hərbi əməkdaşlığına həsr olunub.
"İyunun 22-də Moskvada IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevlə Pakistan Müdafiə nazirinin müavini general-leytenant Mian Məhəmməd Hilal Hüseyn arasında görüş baş tutub. Görüş zamanı tərəflər iki ölkə orduları arasındakı əlaqələrin genişləndirilməsi və hərbi əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar”, - deyə videomaterialda bildirilir.
Süjetdə həmçinin, Pakistan ordusu Baş komandanının Azərbaycana səfərinin yekunları barədə də məlumat verilir.
Daha ətraflı "Caliber”in yeni süjetində:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/ujacR3CLbeo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">