Xəbər lenti

Canavarlar kəndə hücüm etdi: "Qonşunun atını yeyib" - VİDEO
Ölkə17:43 29.09.2016

Canavarlar kəndə hücüm etdi: "Qonşunun atını yeyib" - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda canavarlar kəndə hücum edib.
"ARB Kəpəz" xəbər verir ki, bu gecə Aşağı Mülkülü kəndində yırtıcılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlu heyvanı məhv edib.
Səs-küyə həyətə çıxan ev sahibi bir neçə heyvanın parçalandığını, bir neçəsinin əkin sahələrinə doğru aparıldığını görüb.
Kənd sakini - "Canavarı özüm risk edib qovaladım. Yoldaşımı özüm oyandırmadım ki, nasazdır qorxar. Dedilər bəs qorxmursan canavar səni yeyər? dedim ki, bəs nə edim? risk edib getdim".
Kənd sakini - "1 ayın içində qonşunun həyətində atını yeyib. Yuxarıda ferma var. Orada da heyvan saxlayırlar. Orada da bir at bir mal-qara yeyib".
Son bir ayda canavarlar Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi də parçalayıb.
Qaynarinfo.Az