Xəbər lenti

Canavarların hücumu ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başladı (VİDEO)
Ölkə16:10 24.02.2019

Canavarların hücumu ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son vaxtlar canavarların Goranboyun bir neçə kəndinə hücum etməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərovçu" İctimai Birliyinin əməkdaşlarından ibarət işçi qrup ərazidə həm gündüz, həm də axşam saatlarında fəaliyyət göstərirlər. Onlar yıtıcıların ən çox hücum etdikləri istiqaməti müəyyənləşdirir, pusqular quraraq havaya atəş açırlar.
Ovçular ötən gecə ərazidə olan zaman canvarlarla üzə-üzə gəliblər. Ovçuların sözlərinə görə, vəhşi heyvanlar barıt iyini duyduqlarndan bir müddətdir heyvan parçaladıqları əraziyə yaxın gəlmirlər.
Yerli sakinlərlə maarifləndirmə işləri aparan işçi qrupun üzvü Fariz Qarayev deyir ki, yırtıcıların heyvanlara hücumu əsasən onlar nəzarətsiz qaldıqda olur. Ona görə də sakinlər heyvanları ərazidə nəzarətsiz buraxmamalıdırlar.
Qeyd edək ki, fevral ayı ərzində yırtıcılar Goranboy rayonunun Bolusu, Eyvazlılar kəndlərində sakinlərə məxsus 20-ə yaxın heyvanı tələf ediblər. (Xəzər TV)