
ANS-in “Günəbaxan” proqramının aparıcısı İlqar Mikayıloğlu bu gün doğum günündə canlı yayımda sürprizlə qarşılaşıb.
Publika.Az-ın məlumatına görə, doğum günü münasibəti ilə ona hədiyyələr olunub. Verilişin daimi iştirakçısı Nəriman dayının ona verdiyi oyuncaq tapança isə aparıcını əməlli-başlı təəccübləndirib. Xüsusi kovboy geyimində olan Nəriman dayı ayağa qalxaraq tapançanı kovboysayağı aparıcıya uzadıb.
Hətta İlqarı “vurmağa” cəhd edib. “Ölmədik bu günü də gördük”-, deyən Mikayıloğlu nostalji hisslərə də qapılıb: “Uşaqlıqda çoxlu oyuncaq silahlarım vardı”.
Qaynar.info