Xəbər lenti

CAR ötən il Azərbaycana 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları satıb
Ölkə12:53 29.03.2016

CAR ötən il Azərbaycana 5 milyon dollarlıq silah-sursat və döyüş maşınları satıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il Cənubi Afrika Respublikasının Azərbaycana satdığı silahların məbləği açıqlanıb.

Apa-nın “iol.co.za” saytına istinadən verdiyi məlumata görə, Adi Silahlara Nəzarəti Milli Komitəsinin hesabatına əsasən Cənubi Afrika Respublikası Azərbaycana təxminən 1,7 milyon dollar dəyərində zirehli döyüş maşınları, 1 milyon dəyərində ağır silahlar və 2,4 milyon dollar dəyərində xəbərdaredici avadanlıqlar (cəmi 5,1 milyon dollar) satıb.

Bu ölkənin ötən il ərzində silah satışı ümumilikdə 174 milyon dollara yaxın olub.

Azərbaycanla yanaşı, Keniya, İraq, Nigeriya, Burundi kimi münaqişə zonalarına da silah tədarük edilib. 

Qaynar.info