Xəbər lenti

Cari ildə Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı açıqlandı
Ölkə15:45 14.09.2023

Cari ildə Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.
Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər.