XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Carlo Pazolini Azərbaycan"ın rəhbərinə "stop" qoyuldu
Ekonomiks14:53 11.06.2026

"Carlo Pazolini Azərbaycan"ın rəhbərinə "stop" qoyuldu

"Carlo Pazolini Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Axundov Eldar Adil oğlunun rəhbərlik etdiyi QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 153.164,74 AZN-ə çatıb. 
Eldar Axundova xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməyib və idarə məhkəməyə müraciət edib. 
Məhkəmənin qərarı ilə 1969-cu il təvəllüdlü Eldar Axundovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 
Aydın