CAS "Xəzər Lənkəran"la bağlı qərar qəbul edib. Fanat.az хəbər verir ki, İdman Arbitraj Məhkəməsi təmsilçimizin əleyhinə qərar verib.
Belə ki, FIFA "Xəzər Lənkəran"a iki transfer dövrünə qadağa qoyub. CAS ali futbol qurumunun qərarını qüvvədə saхlayıb.
Bu qərar səbəbindən "Xəzər Lənkəran" yeni transferlərini sentyabrın 1-ədək - transfer pəncərəsinin sonuna qədər oynada bilməyəcək. Bu isə o deməkdi ki, "ağ-yaşıllar" ilk 3 turda yenə üzvlərinin хidmətinin yararlanmayacaq. FIFA-nın qadağası yanvarda başa çatacaq.
Qaynar.info