Xəbər lenti

Cavad Zərif istefa verdi
Dünya 09:10 03.03.2025

Cavad Zərif istefa verdi

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->