Xəbər lenti

Cavanşir Paşazadədən 3 tonluq heroin açıqlaması - SENSASİYA
Ölkə05:18 25.07.2014

Cavanşir Paşazadədən 3 tonluq heroin açıqlaması - SENSASİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şeyxin qardaşı Gürcüstandasaxlanan “yük”dən danışdı;Deputat 170 milyonluq heroinin vaxtilə ona məxsus “Azərcənub” MMC-ninyük məntəqəsindən keçdiyini etiraf etdi və tranzit mallara cavabdehlikdaşımadığını söylədi; əməliyyatı Gürcüstanda DEA həyata keçirib! 

Gürcüstan Daxili İşlər Nazirliyinin iyulun 11-də ələ keçirdiyi, Qafqaz marşrutu üzərindən Avropaya daşınan ən iri narkotik partiyası - 2 ton 790 kiloqramlıq heroin qaçaqmalçılığı ilə bağlı suallar açıq qalır. Bu gün ortada Gürcüstan DİN bu əməliyyatla bağlı yaydığı, xəsislikdə digər rəsmi məlumatları geridə qoyan rəsmi məlumatdan başqa məlumat yoxdur. Gürcüstan DİN əməliyyatdan sonra apardıqları araşdırmaların nəticələri haqda ilkin məlumatları da yaymağa həvəsli görünmür. Bunca iri heroin partiyasının, ilkin qiymətləndirmələrə görə 170 milyon dollar qiyməti olan malın Azərbaycan üzərindən daşınması sirr deyil.

“Yeni Müsavat”a daxil olan məlumata görə, 2 ton 790 kiloqram saflaşdırılmış əfqan mənşəli heroin Azərbaycana İran Astarasından daxil olub. Sərhədin bu tayında isə maye halında olan heroin “Azərcənub” MMC-nin yük məntəqəsində qablaşdırılaraq ölkəmizin ərazisində başqa adla daşınıb.
Məlumatüçün deyək ki, Astaradan ölkəmizə daxil olan və İrana gedən bütünmaşınlar istisnasız olaraq “Azərcənub” MMC-nin ərazisindən keçməkməcburiyyətində qalır. Azərbaycan gömrük-keçid məntəqəsinə də məhz buərazidən keçməklə daxil olmaq mümkündür. Beləliklə, MMC bir növAstaradan İrana və geriyə olan yolu faktiki olaraq inhisara alıb.Zaman-zaman bu MMC-nin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri,Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat CavanşirPaşazadəyə aid olması haqda məlumatlar yayılıb. “Yeni Müsavat”ınəməkdaşı məsələ ilə bağlı deputata müraciət edib. 
“İrandanAstaraya gələn bütün maşınlar ”Azərcənub"un ərazisindən keçir. Təbiiki, bu maşınlarında narkotik olanda orada itlər, xüsusi yoxlamacihazları var. Belə hal olanda tuturlar. Tuta bildiklərini tuturlar,tuta bilmədikləri də ölkə ərazisinə keçir. Bu mənlik, sizlik deyil,gömrüklükdür" - deyə deputat bildirib. O, bütün yüklərin MMC ərazisindənkeçməsinin təbii bir hal olduğunu söyləyib: “Təbii ki, bunlar hamısı”Azərcənub"un yolundan keçir. Yəni Astaradan keçməklə Bakıya və ya digərregionlara, xaricə gedir. Bunun Biləsuvar postu, Naxçıvan, Gürcüstanpostları da var. Azərbaycana gələnlər, daşınan yüklər bu yollarla dakeçir". 
“Azərcənub” MMC-nin təyinatı nədən ibarətdir?   
Deputatınsuala cavabı belədir: ““Azərcənub” o vaxt maşınların yüklənməsi vəboşaldılması üçün tikilib. “Azərcənub”a aid orada soyuducu kameralarıvar. Həmin soyuducular tez xarab olan malların saxlanılmasına görə inşaolunub. Hazırda həmin soyuducuları işlətmirlər. “Azərcənub”luq oradayüklərin maşınlara vurulması və boşaldılmasında çalışan fəhlələrdir.Qalan işlər “Azərcənub”luq deyil, gömrüklükdür". 
C.Paşazadədəndeputat səlahiyyətindən istifadə edərək ölkə üzərindən 2 ton 790kiloqram heroin qaçaqmalçılığına görə hökumətdən hesabatistəyib-istəməyəcəyini də soruşduq. Deputatın cavabı belə oldu: “Kimdeyər ki, narkotik daşınması yaxşı şeydir. Təbii ki, hamısı deyəcək ki,bu, pisdir. Dünyada laboratoriyalar, buna qarşı mübarizə aparan minlərləidarələr, təşkilatlar var. Azərbaycan üzərindən keçməsi məsələsini dədeyim. Azərbaycan müdaxilə edirsə, başlayırlar ki, Azərbaycan gömrüyübelə edir, elə edir. Üstəlik, üstünə beşini də qoyurlar, deyirlər ki,bizi sökdülər, saxladılar, maşınımızı aldılar, yükümüzə baxdılar.Bildiyim qədər gömrüyün tranzit keçən maşınları yoxlamaq ixtiyarıyoxdur. Buna görə də təbii ki, belə hadisələr baş verir. Təbii ki, yaxşıiş deyil” .
C.Paşazadə deyir ki, “Azərcənub” MMC-nin onadeputat seçilənə qədər aidiyyəti olub: “O vaxtı oranı mən tikmişəm.Oranı özləri işlədirlər. Orada mənlik bir şey yoxdur”.    
İyulun11-də baş tutan əməliyyatdan 4 gün sonra “Yeni Müsavat” məsələ iləbağlı Gürcüstan Daxili İşlər Nazirliyinə informasiya sorğusu iləmüraciət edib. Həmin sorğuda Gürcüstan DİN-dən aşağıdakı suallaraaydınlıq gətirilməsi xahiş olunub: 
- Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycan hökumətinə, hüquq-mühafizə orqanlarına müraciət edibmi? 
- Narkotranziti həyata keçirənlərin vətəndaşlığı məlumdurmu? 
- Yükün sahibi kimdir? 
- Yük hansı adla rəsmiləşdirilib?
- Azərbaycan ərazisində yükün tranzitlə keçməsini kim təşkil edib? 
- Narkotrafikin arxasında dayanan şəxs və ya şəxslər müəyyən olunubmu? 
Gürcüstan DİN sorğumuzun alınmasını təsdiqləyib və müvafiq şöbənin sorğunu cavablandırılacağı qeyd olunub.   
Azərbaycanınhüquq-mühafizə orqanları da bu suallara cavab verməyə tələsmir. Bütünnəzərlərin cəm olunduğu Azərbaycan Gömrük Komitəsindən də “növbətçi”açıqlama belə yoxdur.  “Azadlıq” qəzeti Gürcüstandakı mənbəyə istinadlayazıb ki, 2 ton 790 kiloqram heroinin Azərbaycanda ikinci emal prosesikeçməsi ehtimalı var və məsələ araşdırılır. Qəzet bu işinaraşdırılmasında regionda təhlükəsizliyə maraqlı olan bir çoxdövlətlərin birgə əməliyyat-araşdırma qrupunun iştirak etdiyini dəyazıb.  
Ötənyazımızda diplomatik qaynaqlardan “Yeni Müsavat”a daxil olan bilgi dəbu məlumatla üst-üstə düşür. Həmin məlumata görə, Gürcüstanda rekordhəcmdə heroin saxlanması beynəlxalq əməliyyatdır.   
Həminyazıdan sitat: “Heroin Gürcüstan marşrutu ilə Türkiyəyə, oradan daAvropaya çıxmalı idi. Əməliyyatı Amerika həyata keçirib. Gürcüstan datəsadüfən seçilməyib: ”Gürcüstan Respublikası Saakaşvili iqtidardangedəndən sonra beynəlxalq narkomafiyanın zəif həlqəsinə çevrilib.Hazırda bu ölkəyə ABŞ xüsusi xidmətləri tam kontrol edə bilirlər. Digərbütün ölkələrdə, o cümlədən də İran, Azərbaycan, Türkiyədə narkomafiyatəminatlı əlaqələrə malikdir. Narkotik partiyalarının daşınmasına isəAzərbaycanda iş quran əslən İrandan olan iş adamı məsuldur. O, neçəillərdir ki, bu işin başındadır və ilk dəfə böyük itki verib..." 
“YeniMüsavat” həmin iş adamının adını və daşınma firmasını, gələn narkotikinBakı yaxınlığındakı saflaşdırma məntəqəsinin yerini  müəyyənləşdirib.Lakin hələlik araşdırma gedir; ən yaxın saylarımızda təfsilat və adlarolacaq.
Əlavə olaraq, onu deyə bilərik ki,əməliyyatı narkotiklərlə mübarizə üzrə beynəlxalq DEA təşkilatı həyatakeçirib. Bu təşkilat terrorla dünya çapında terrorla, narkotiklərləmübarizə, qaçaqmalçılığa qarşı miqyaslı tədbirlər aparan beynəlxalqqurumdur. Lakin bu qurum birbaşa Amerikanın nəzarətindədir -  onunmaşasıdır. 
DEAyalnız mübarizə aparmır-  həm də narkotiklərin böyük partiyadakıtrafikinə, reallaşmasına və dünya üzrə narkobazara nəzarəti həyatakeçirir. Bizim diplomatik qaynaqlar deyir ki, İran kökənli Azərbaycan işadamının da yer aldığı sonuncu əməliyyat məhz DEA-dan gizli hazırlanıbvə bu da amerikalıları qəzəbləndirib...
Xatırladaqki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanlarımaye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroininsərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. Gürcüstan daxiliişlər nazirinin açıqlamasından məlum olur ki, “qara bazar”da dəyəritəxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsiüçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotikmaddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli vəplanlı şəkildə buraxılıb.