Xəbər lenti

Cavid Hüseynzadə Almaniyada vəzifəyə təyin olundu (FOTO)
Ölkə20:13 18.04.2023

Cavid Hüseynzadə Almaniyada vəzifəyə təyin olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı həkim, Cavid Hüseynzadə Almaniyada klinikaların birinə qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsində şöbə müdiri vəzifəsinə təyin edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün "Facebook” hesabında məlumat verib. 
"Almaniyada 2016-cı ildə Asisstent-həkim kimi fəaliyyətə başlayaraq, bir müddət öncə Facharzt (həkim-mütəxəssis) adını qazandıqdan sonra, karyeramda yeni addım atmaq qərarına gəldim. Artıq aprel ayından etibarən, mən Bad Salzungen klinikasının qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsində Oberarzt (şöbə müdiri) kimi çalışmağa davam edəcəm”, - deyə azərbaycanlı həkim qeyd edib.