Xəbər lenti

Cavid Qurbanov işçilərə istefa ərizəsi yazdırdı
Ölkə08:17 16.02.2015

Cavid Qurbanov işçilərə istefa ərizəsi yazdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanov ciddi kadr dəyişikliyinə hazırlaşır. 
QSC-dəki mənbədən azvision.az-a verilən məlumata görə, Qurbanov qurumun bir neçə şöbə müdirinə, idarə rəislərinə işdən çıxarılmaları ilə bağlı ərizə yazdırıb.
Ərizədə işdən çıxarılma vaxtı qeyd olunmayıb. Bildirilib ki, yaxın günlərdə ciddi dəyişikliklər olacaq. C.Qurbanov indiyədək fəaliyyətində nöqsanlara yol verən işçiləri qurumdan kənarlaşdıracaq. Yeni sədr kollektivə ciddi tapşırıqlar verərək nöqsana yol verən işçiləri cəzalandıracağını qeyd edib.
Mənbənin bildirdiyinə görə, artıq QSC-nin maliyyə şöbəsinin rəisinin işdən çıxarılması dəqiqləşib.
Məlumatı dəqiqləşdirmək üçün saut “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, sabah QSC-də kollegiya iclası keçiriləcək: “O zaman hər şey məlum olacaq. Hələlik heç bir məlumat yoxdur. Sabah kollegiya iclasından sonra kimin işdə qalacağı, kimin çıxacağı məlum olacaq. İclas daxili olduğundan mətbuat üçün kollegiya iclasının nəticələri barədə ayrıca konfrans keçiriləcək”.
Qaynar.info