Xəbər lenti

Çaylarda son vəziyyət
Ölkə10:56 25.05.2022

Çaylarda son vəziyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə ərazisindən siklonun keçməsi nəticəsində yağan intensiv leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində 20 sm, Kürəkçay-Toğanada 13 sm, Gəncəçay-Zurnabadda 9 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 34 sm, Qusarçay-Kuzunda 15 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçay-Vaqoda isə 10 sm artım müşahidə olunub.
Yağan intensiv leysan yağışlar nəticəsində İsmayılı rayonu ərazisindən keçən Girdimançay-Qaranohur, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay-Qəbələ, Tovuz rayonu ərazisindən keçən Əsrikçay-Əsrikcırdaxan, Göygöl rayonu ərazisindən keçən Gəncəçay-Zurnabad, Quba rayonu ərazisindən keçən Qudiyalçay-Qırız, Vəlvələçay-Təngəaltı, Göyçay rayonu ərazisindən keçən Göyçay-Göyçay və Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay-Poladlı məntəqəsindən sel keçib.