Xəbər lenti

Çaylarda son vəziyyət açıqlandı
Ölkə12:33 08.06.2025

Çaylarda son vəziyyət açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 43 sm, Qudiyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 26 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 5 sm, Kür-Surrada 10 sm, Kür-Bankə və Kür-Şirvanda 8 sm, Kür-Salyanda isə 23 sm artım qeydə alınıb.