Xəbər lenti

Cəbhə bölgəsində yerləşən kəndlərdə sığınacaqlar niyə yoxdur? - Konfliktoloq
Ölkə09:39 22.07.2020

Cəbhə bölgəsində yerləşən kəndlərdə sığınacaqlar niyə yoxdur? - Konfliktoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cəbhə bölgəsində yaşayan insanlarla bağlı dövlətin xüsusi siyasəti olmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Ramin Hacılı cəbhə bölgələrində evlərini tərk etmək istəməyən şəxslər üçün mülki müdafiə sığınacaqların təşkilindən danışarkən deyib. Onun sözlərinə görə, əgər orada müharibə ehtimalı varsa, həmin ərazi ilə bağlı xüsisi tədbirlər görülməlidir:
"Bunlardan birincisi orada yaşayan insanların təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsidir. Müxtəlif  sipərlər, səngərlər çəkilməli, insanların evinin mühafizəsi, onların həyatlarını itirirməməsi üçün və s. kimi tədbirlər çox vacibdir. İkincisi, həmin ərazidə yaşayan insanlarla bağlı subsidiyaların müəyyənləşdirilməsidir. Çox vacib amildir ki, cəbhə xəttində yaşayan vətəndaşların iş qabiliyyətini artırmaq, onların yaşadığı ərazidən köçməməsini təmin etmək, işsizlik problemini aradan qaldırmaq, yaşam şəraitlərini gücləndirmək üçün bəzi təxirəsalınmaz tədbirlər çox vacibdir. Məsələn, bir çox ölkələrin praktikasında bu var. Həmin ərazilərin vergidən azad olunması, orada yaşayan insanlara müxtəlif yardımların edilməsi və yaxud da əhalinin daha çox iş qabiliyyətini artıran yatırımların, xarici investorların cəlb olunması kimi faktlar... 
Çox istədim ki, həmin ərazilər, hansı ki, düşmən Ermənistanla sərhəddir, o ərazilərə xarici investorlar cəlb olunsun. Çünki xarici investorların yatırımını gördüyü zaman həmin əraziyə atəş açmaq istəyən qarşı tərəf düşünməli olacaq. Çünki vuracağı obyekt beynəlxalq skandala səbəb ola bilər. İkincisi, həmin ərazidə yaşayan insanların iş qabiliyyəti artırılacaq. Üçüncüsü, təhlükəsizlik tədbirlərini artırmaq, bunkerlər tikmək... İnsanlar özünü rahat və təhlükəsiz hiss eləsinlər. Bilsinlər ki, onların onları mühafizə edən dövlət siyasəti var və rahat şəkildə öz kəndlərində yaşasınlar".
Ramin Hacılı konfliktin həlli ilə bağlı bunların vacib amil olduğunu bildiribr: 
"Qarşı tərəfin həmlələrini önləmək üçün bu siyasətin həyata keçirilməsi çox vacibdir".
Bahar Rüstəmli