Xəbər lenti

Cəbhə bölgəsinə həkim briqadaları göndərildi
Ölkə12:50 05.04.2016

Cəbhə bölgəsinə həkim briqadaları göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi cəbhə bölgəsində yaralananlara yardım göstərmək üçün 6 həkim briqadası göndərib.

Qaynar.info bildirir ki, bu barədə virtualaz.org-a nazirlikdən məlumat veriblər.

Hazırda respublikanın baş cərrahı Hacıqulu Hüseynov da cəbhə bölgəsindədir. "Cəbhə bölgəsindəki xəstəxanalara tibbi ləvazımat, ağrıkəsici və antibiotik də daxil olmaqla yüzlərlə dərman göndərilib. Yaralılar yerli xəstəxanalarda cərrahiyyə əməliyyatı edilir", - deyə nazirlikdən əlavə ediblər.

Nazirlikdən onu da qeyd ediblər ki, yaralıların müalicəsi nəzarətdədir. Qana olan tələbat da ödənilir.

Qaynar.info