Xəbər lenti

Cəbhə torpaqlarımıza od vurdu
Ölkə15:02 15.06.2015

Cəbhə torpaqlarımıza od vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecədən başlayaraq ermənilər yenidən işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməyə başlayıblar. Anspress-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın Uzundərə və Gülçülük sovxozu adlandırılan ərazilərini yandırıblar.
Geniş əraziyə yayılan yanğın gecə saatlarınadək davam edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının böyüməsinin qarşısı alınıb. Çətin də olsa yanğın söndürülüb.
Qeyd edək ki, son günlər ermənilər cəbhəyanı ərazilərdə mütəmadi olaraq yanğınlar törədir. Ermənilərin təxribatı nəticəsində Azərbaycanın nəzarətində olan ərazilərdə böyük əkin sahələri yanaraq məhv olub.
Qaynar.info