Xəbər lenti

Cəbhədə 20 dəqiqəlik intensiv atışma - düşmən artilleriya silahlarından istifadə edib
Ölkə12:35 02.03.2017

Cəbhədə 20 dəqiqəlik intensiv atışma - düşmən artilleriya silahlarından istifadə edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdamın cəbhə xəttinə yaxın yerləşən Təzəkənd kəndinin sakinləri bu gün təmas xəttinə yenidən atəşkəsi pozulduğunu müşahidə ediblər. 

"İstipress" xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf artilleriya silahlarından istifadə edib. İntensiv atışma təqribən 20 dəqiqə davam edib. Kənd sakini Ədalət İbadov deyir ki, qarşı tərəfin atdığı mərmilər əsasən açıq əraziyə düşdüyündən tələfat olmayıb. 

Kənddə olduğumuz müddət ərzində də təmas xəttində fasilələrlə atəş səsləri eşitmək mümkün idi. Buna baxmayaraq, birbaşa cəbhə xəttinin yaxınlığında yerləşən əkin sahələrində gündəlik təsərrüfat işləri ilə məşğul olan insanlar gözə dəyirdi.  Kənd sakini Vidadi Zeynalov deyir ki, atışmalar intensiv hal alanda təsərrüfat işləri ləngiyir. Buna səbəb də əkin sahələrinin qarşı tərəfin mövqelərinə yaxın olmasıdır. 

Saat 12 radələrinə doğru təmas xəttində atəş səsləri səngiyib. Hazırda da təmas xəttində nisbi sakitlik hökm sürür.

Qaynar.Az