Xəbər lenti

Cəbhədə atışma: bir erməni yaralandı
Ölkə14:04 13.10.2013

Cəbhədə atışma: bir erməni yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla həmsərhəd Tavuş rayonunda bir mülki şəxsin yaralandığı haqda xəbər yayıb.

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan mülki şəxsin Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə yaralandığını iddia edib. Bildirilir ki, mülki şəxs əkin sahəsində işləyərkən gülləyə tuş gəlib.

Ayk Kosakyan adlı erməninin avtomobili atəşə tutulub və nəticədə o sinəsindən güllə yarası alıb. Hazırda yaralı erməni xəstəxanadadır, vəziyyəti ağırdır. Azərbaycan Müdafiə Nazirliyi xəbərlə bağlı hələ şərh verməyib. 

Qaynar.info