Xəbər lenti

Cəbhədə atışma: Erməni hərbçisi öldürüldü
Ölkə10:47 09.02.2013

Cəbhədə atışma: Erməni hərbçisi öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təmas xəttində vəziyyət gərginləşdi

Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. Qaynar.info-nu APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə bu gün saat 09:05-də Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq sahəsində baş verib. Atəşkəsin pozulması zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunda müqavilə əsasında xidmət keçən 1976-cı il təvəllüdlü Mqer Yeqşatyan adlı hərbi qulluqçu öldürülüb.

Qeyd edək ki, fevral ayının ilk günlərindən Ermənistan Ordusu tərəfindən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması halları artıb.

Qaynar.info