
Bu səhər Azərbaycanın mülki vətəndaşı minaya düşüb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağdamın Təzəkənd kəndində baş verib.
Minaya düşən şəxs çoban işləyən 1964-cü il təvəllüdlü Mirzə Vəli oğlu Həmzəyevdir. Onun Yevlax rayonundan gəldiyi bildirilir.
Hazırda yaralı hospitaldadır. Onun vəziyyəti son dərəcə ağırdır.Belə ki, hələlik kimliyi məlum olmayan çoban minaya düşüb. Nəticədə çoban ağır yaralanıb. Onu yaxınlıqdakı hərbi hospitala aparıblar.
Qaynar.info