Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
* * *
Eyni vaxtda Ağdamın kəndləri də atəşə məruz qalıb. Rayon ərazisində salınan Baharlı qəsəbəsinə isə ağır artileriyadan açılan məmilər evlərin həyətlərinə düşüb.
Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 sayli evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb.
Hərbi mənbələrdən əldə olunan məlumata görə erməni hərbçiləri arasında itki daha çoxdur. (aznews.az)
Qaynar.info







