Xəbər lenti

Cəbhədə gərginlik: 4 erməni əsgəri öldü
Ölkə13:27 01.04.2014

Cəbhədə gərginlik: 4 erməni əsgəri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni ordusu işğal etdiyi Azərbaycan ərazilərində 4 hərbçisini itirib

Azərbaycanın işğal altındakı ərazilərində son iki həftə ərzində 4 erməni hərbçi ölüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb.

Martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib.

Martın 31-də isə Ermənistan ordusunun baş leytenantı Arutyun Safaryan qoşunların təmas xəttində minaya düşərək ölüb.

Qaynar.info