Xəbər lenti

Cəbhədə gərginlik! - Düşmən itki verdi
Ölkə07:20 08.08.2013

Cəbhədə gərginlik! - Düşmən itki verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni hərbiçiləri Azərbaycan ərazisinə keçdi

Onlardan biri tutulub, digəri qaçmaq istəyərkən minaya düşüb


Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.

Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.

Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.

Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.

Qaynar.info