Xəbər lenti

Cəbhədə şəhid olan əsgərimizin ailəsi ağır durumdadır - Kömək Lazımdır
Ölkə05:57 15.04.2016

Cəbhədə şəhid olan əsgərimizin ailəsi ağır durumdadır - Kömək Lazımdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri Orucov Müşfiq Arif oğlu nun ailəsinin durumu ağır vəziyətdədir. 

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı REAL İdarə Heyətinin üzvü Azəq Qasımlı facebook-da yayıb.

Azər Qasımlının həmin statusunu olduğu kimi təqdim edirik: "Bu gün REALçı gənclərlə 5 şəhid ailəsini ziyarət etdik. Oğullarını itirmiş ailələrin mərdliyi və fədəkarlığı - qürurvericidir. Lakin Şəhid Müşfiq Orucovun valideyinlərinin yaşadığı evi görəndə dəhşətə gəldik... Müşfiqi ailəsinə qaytarmaq mümkün olmayacaq. Müşfiq ailənin tək oğlu idi... Zəngilandan məcburi köçkün düşmüş bu ailə 22 ildir ki, Tağıyev adına kombinatın yataqxanasında balaca, yararsız daxmada məskunlaşıb. Hər gün yuxarı mərtəbədən toz torpaq ailənin başına tökülür...

Müşfiq Orucov günümüzün qəhramanıdır! Yüksək balla Universitetə daxil olub! Universiteti bitirən kimi könüllü olaraq cəbhəyə gedib. Müşviq torpaq uğrunda, VƏTƏN uğrunda şəhid oldu.

Mən həm hökumətə, həm ictimaiyyətə səslənirəm. Biz bir Dövlət və cəmiyyət olaraq şəhidlərimizin ailəsinə, yaxınlarına sahib çıxmalıyıq!Sadə vətəndaşlara, bütün REALçı dostlara səslənir, məsələni ictimailəşdirməyə və Şəhidimizin ailəsinə yardım etməyə çağırıram!".

Qeyd edək ki, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. 

Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.

Qaynar.info