Xəbər lenti

Cəbhədə silah səsləri
Ölkə05:31 08.10.2014

Cəbhədə silah səsləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilər mövqelərimizi bir necə istiqamətdən atəşə məruz qoyublar

Bu gecədə cəbhədə atəş səsləri eşidilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qaynar.info