Xəbər lenti

Cəbhədəki son vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Ölkə15:10 19.02.2016

Cəbhədəki son vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”. Qaynar.info xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlik qeyd edir ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib: “Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur”.
Qeyd olunub ki, bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb: “Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq”.
Qaynar.info