
Müdafiə Nazirliyindən ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində bir neçə azərbaycan əsgərinin qətlə yetildiyi barəsində yayılan məlumatlara cavab gəlib.
Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yayılan məlumatlar yalandır: “Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.
Ermənistan silahlı qüvvələrinin işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edirlər.
Qaynar.info-nun Jam.az- a istinadən məlumatına görə, dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar.
Xəbərdə deyilir ki, düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb. Baş verən atışmada 4 hərbçimizin şəhid edildiyi bildirilir.
Şəhid olan hərbçilərimizin kimliyi məlum olub:
Qurban Həsənov 24 yaş (leytenant).
Ramazan Abdullayev 23 yaş (leytenant)
Cahangiz Muradov 19 yaş (manqa komandiri)
Fərid Əliyev- 19 yaş