Xəbər lenti

Cəbhədən ən son məlumat -VİDEO
Ölkə13:23 20.06.2014

Cəbhədən ən son məlumat -VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan silahlı qüvvələrinin kəndləri atəşə tutması hələ də davam edir.

ANS TV-nin Tovuz müxbiri bildirib ki, hazırda Tovuzun Əlibəyli kəndində sakitlikdir, atəş səsləri eşidilmir. 

Amma dünən axşam ermənilər Tovuzun Əlibəyli və Hacalı kəndlərini intensiv atəşə tutub və atəş gecə yarısınadaək davam edib. 

Gündüz saatlarında yenidən ermənilər yaşayış yerlərini gülləbaran tutublar. 

Hazırda kəndlərdə atəş səsi eşidilməsə də, əhali hər an atəşə tutulacağından ehtiyat edir. Çünki Tovuzun Əlibəyli və Hacalı kəndləri düşmənə ən yaxın yerlərdi.

Qaynar.info