Xəbər lenti

Cəbhədən qara xəbər gəldi: iki hərbçimiz şəhid olub
Ölkə10:57 25.06.2015

Cəbhədən qara xəbər gəldi: iki hərbçimiz şəhid olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 23-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız tapılıb.
Qaynar.info Müdafiə Nazirliyinin mətbuat xidmərinə istinadən xəbər verir ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qaynar.info