Xəbər lenti

Cəbhədən SON xəbər - Atəşkəs yenidən pozuldu
Ölkə05:42 07.06.2016

Cəbhədən SON xəbər - Atəşkəs yenidən pozuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub. 
Müdafiə Nazirliyindən Qaynarinfo.az-a verilən məlumata görə, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Qaynarinfo.az