Xəbər lenti

Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürüldü
Ölkə10:28 12.11.2020

Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".
Qaynarinfo xəbər verir ki, bunu "Report”a Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: "Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.