Xəbər lenti

Cəbrayılın üç kəndində yanğınlar başlayıb
Ölkə 19:51 23.07.2026

Cəbrayılın üç kəndində yanğınlar başlayıb

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində açıq sahədə yanğın baş verib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Hasanlı, Maşanlı və Alıkeyxalı kəndləri istiqamətində müşahidə olunur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->