Xəbər lenti

Cəlal İsayev: "Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq"
Ölkə13:12 22.06.2020

Cəlal İsayev: "Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gün ərzində 500-ə yaxın yoluxmanın olması həftəyə 3 000-ə qədər xəstələnmə deməkdir. Bu da səhiyyə sahəsinə ağır yükdür. Xəstəxanada yer baxımından çatışmazlıq ola bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, qoyulan qaydalara ciddi əməl edilməlidir ki, bu sahə üzrə ixtisaslı həkimlər xəstəyə baxa bilməsi üçün yetərli olsun:
"Hazırda başqa ixtisas sahələrinin mütəxəssislərini bu işə cəlb edirik. Bu gün üçün tətbiq edilən sərt karantin rejimi ilə xəstəliyin qarşısı alınmasa da, heç olmasa yoluxma sayında azalmaya nail ola bilərik”.