
Cəlilabaddan əməkdaşımıza bildirirlər ki, İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda at oynadır.
2006-cı ilin avqustundan bu vəzifidə Taleh Qaraşovu ( Qaraşov Cəlilabaddan rayonundan sonra Neftçala, Astara və Lənkəran rayonlarının da rəhbəri olsa da, Amma Əziz müəllimi hələ də yerindən tərpədə bilən yoxdur) əvəz edən Əzizov, rayonda satmağa daha bir qarış da olsun torpaq tapa bilmir. Odur ki, kiçik obyektləri sökdürməklə yeni torpaq sahələri əldə edir. İndi də növbə rayonda azad mətbuat yayımı ilə məşğul olan “QAYA” mətbuat yayımının kiçik köşkünə çatıb. Görünür, Əziz Əzizov rayonun gözəgörümlü yerində olan bu köşkün yerini hansısa pullu birinə satıb.
Cəlilabadda əvvəllər də buna bənzər hadısələr olub. Adətən bu cür işləri Heydər Əliyev adına nəsə tikməklə əlaqələndirirdilər. Bu işdə başçıya öz müavini Ziyafət Şahmarov yardım edir. Sonuncu isə belə işlərdə rayonun ən imkanlı adamlarından sayılan qaynı Hacı Zaura və Bakı Bulvar İdarəsinin rəisi vəzifəsində çalışan qardaşı Əfqan Şahmarova arxalanır.
Qaynar.info