Xəbər lenti

Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrildi
Ölkə17:32 05.04.2021

Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.
"Report”un Muğan bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.
Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.
Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.