Xəbər lenti

Cəlilabadda ağır qəza
Ölkə09:07 14.08.2013

Cəlilabadda ağır qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnmiş yolı nəqliyyat hadisəsi baş verib. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 139 km-nin Cəlilbad rayonundan keçən hissəsində qeydə alınıb. 1975 ci il təvvəllüdlü Məmmədov Ruslan Qabil oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik abtomobili Astara istiqamətində hərəkətdə olarkən rayonun yol üzərindəki beton dairəvi döngəyə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin İsbarov Samir müxtəlif bədən xasarətləri ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir.

Qəzanın baş verməsinə ilikn səbəb kimi avtomobilin yüksəsk sürətlə idarə olunması göstərilir. Faktla bağlı arşdırma aparılır.

Qaynar.info