Xəbər lenti

Cəlilabadda ağır qəza: 1 ölü, 5 yaralı
Ölkə06:31 22.06.2013

Cəlilabadda ağır qəza: 1 ölü, 5 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiçik diqqətsizlik böyük bədbəxtçiliyə səbəb oldu.

Bu gecə Cəlilabad rayonunda 1 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 139 km-nin Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Elçin Sübhan oğlu Cəfərovun idarə etdiyi “VAZ-21011” markalı minik varomobili magistral boyu hərəkətdə olarkən əks tərəfdən gələn eyni markalı abtomobillə toqquşub. Nəticədə hər iki maşının sürücüsü də daxil olmaqla, 5 nəfər - Eldar Kərimov, Elçin Cəfərov, Orxan Kərimov, Xəyyam Şiriyev, Əlizamin İbrahimov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Aftomobildə olan Cəlilabad rayon Göytəpə qəsəbə sakini Ümid Babək oğlu Həsənov isə xəstəxanaya aparılarkən yolda keçinib.

İlkin ehtamala görə, qəzanın baş verməsinə səbəb sürücülərdən birinin ötmə əməliyyatını düzgün seçməməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.

Qaynar.info