Xəbər lenti

Cəlilabadda ağır qəza: ölən və yaralananlar var
Ölkə06:51 29.09.2019

Cəlilabadda ağır qəza: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.