Cəlilabad rayonuna 2-ci dəfə ildırımın düşməsi daha bir bədbəxt hadisəyə səbəb olub.
Qaynar.info-ya bu haqda Cəlilabad rayon sakinləri məlumat verib.
Sakinlərin verdiyi məlumata görə, rayonun Uzuntəpə kənd sakini 1991 ci il təvəllüdlü Nəzərov Qara Baloğlan oğlu at belində heyvanları çöldən evə gətirəkən ildırım onu vurub. Bu zaman at ildırımın təsirindən yerindəcə tələf olub. Heyvanın sahibi Qara Nəzərov isə xəstəxanaya yeləşdirilib.Hazırda onun durumunun ağır olduğu bildirilir.
Xatırladaq ki, bu gün ərzində Cəlilabadda ikinci ildırım düşməsi faktıdır. Bundan əvvəl birinci ildırım düşməsi faktı Söyüdlü kəndində qeydə alınıb. Fəhlələr sahədə kartof yığan zaman qəfildən ildırım 3 fəhləni vurub. Cəlilabad rayon Söyüdlü kənd sakini 1953 cü il təvəllüdlü Abasova Leyxanım Bahəddin qızı hadisə yerindəcə dünyasını dəyişib.
Onun oğlu 1991 ci il təvəllüdlü Abasov Mürsəl Əhməd oğlu və Lənkəran sakini Əliyeva Lətafət Allahverdi qızı isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Qaynar.info