Ölkə 21:45 16.12.2022

Cəlilabadda elektrik enerjisinin verilməsində fasilə yarandı

Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kv-luq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində iki saat fasilə yaranacaq.