Xəbər lenti

Cəlilabadda ev yandı
Ölkə17:03 27.04.2016

Cəlilabadda ev yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda yanğın hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Komanlı kənd sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Becan oğlu Davudova məxsus birmərtəbəli, iki otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin  Masallı Rayon Yanğından Mühafizə Hissəsindən və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsindən müvafiq olaraq 1 yanğınsöndürən maşın  və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da,  ümumi sahəsi 108 kv.m olan evin  88 kv. metrlik ərazisi içindəki əşyalarla bilikdə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Qaynarinfo.az