Cəlilabadda güclü qar: Ağac aşdı, bir nəfər xilas edildi (VİDEO)
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Cəlilabad şəhərində 1 nəfərin üzərinə ağacın aşması nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər