
Su ehtiyatı ilə zəngin olan Ocaqlı kəndində göldə su tamamilə quruyub
Son vaxtlar havaların isti keçməsi və quraq su hövzələrinin qrurumasına səbəb olub. İlboyu daima su ehtiyatı ilə zəngin olan Cəlilabad rayonunun Ocaqlı kəndində yerləşən təsərrüfat əhmiyyətli göldə su tamamilə quruyub.
Quraqlıq axar su hövzələri olan çaylara və bulaqlara da təsir edib. Cəlilabad rayonunun Adnalı kəndində yaşı 100 ildən yuxarı olan və kəndi içməli su ilə təmin edən bulağın suyu da tədricən qurumağa başlayıb.
Çaylar əkin sahələrinin suvarılmasında mənbə rolunu oynadığı üçün mərkəzi Aran rayonlarında sahələrin suvarılmasında ciddi çətinliklər yaranıb.
Rayon sakinlərinin əksəriyyəti bu səbəbdən pambıq, pomidor yonca sahələrini lazımınca suvara bilmədiklərinə görə bu il təsərrüfatlarında itkilə qarşılaşıblar.
Vəziyyət hətta o həddə çatıb ki, susuzluğa dözümlü olan üzüm sahələrində də müəyyən çətinliklər yaranmağa başlayıb.
Qeyd edək ki, dəfələrlə Cəlilabadda bu problemin yaşanması ilə bağlı məlumatlar verilib. Ancaq rayon icra hakmiyyətinin başçısı Əziz Əzizov və Cəlilabad Suvarma Sistemləri İdarəsinin rəisi Mirdamət Məmmədov problemlə bağlı heç bir tədbir görməyiblər.
Qaynar.info