Xəbər lenti

Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid türk silahı tapdı (FOTO)
Ölkə14:00 08.03.2019

Cəlilabadda məktəbli eramızın ilk əsrlərinə aid türk silahı tapdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda məktəbli eramızın ilk əsrlərinə aid tarixi əşya tapıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, tarixi əşyanı Şatırlı kənd məktəbinin 5-ci sinif şagirdi Gülnar Məlikova təsərrüfat işləri görən zaman tapıb. Tapıntı dəmirdən hazırlanmış döyüş baltasıdır və uzunluğu 18 sm-dir.
Yerli tarixçi Elşad Əmənovun bildirdiyinə görə, ilk dəfədir ki, bu ərazilərdə döyüş baltası tapılır. O deyib ki, kustar üsulla hazırlanmış balta eramızın ilk əsrlərinə aiddir. Həmçinin o bildirib ki, bu tapıntı türk döyüş silahları içərisində xüsusi yeri olan silah növüdür.
Qeyd edək ki, tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.