Cəlilabadda keçirilən növbəti yarmarkaya yerli fermerlər, respublikanın iri istehsal və emal müəssisələri 50 tondan çox müxtəlif növ ərzaq kənd təsərrüfatı və sənaye məhsulları çıxarıb.
Qaynar.info xəbər verir k, satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, kartof, soğan, pomidor, xiyar, tərəvəz, yumurta, quş əti, arıçılıq və digər məhsullar bazar qiymətlərindən 25-30% aşağı satılıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və aparatın məsul işçiləri yarmarkada məhsulların keyfiyyəti ilə maraqlanıb və bildirib ki, belə yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq məhsullarına tələbatını daha dolğun ödəməkdir. Sakinlər qiymətlərdən, yaradılan şəraitdən razılıqlarını və satış yarmarkaların süni qiymət artımının qarşısını almaqda mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Qeyd edək ki, Cəlilabadda hər həftənin ikinci günü ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilməsi artıq ənənə halını alıb və mütamadi olaraq davam etdirilir.
Qaynar.info







