
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanıb. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Qaynar.info